пятница, 3 мая 2013 г.

Heydər Əliyev - 90. Diktatorun psixoloji portreti







Heydər Əliyev - 90. Diktatorun psixoloji portreti

Mövsün Hacıyev

10 may Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Politbürosunun keçmiş üzvü, Nazirlər şurasının birinci müavininin və nəhayət Azərbaycanın prezidenti Heydər Əliyevin 90 illik yubileyi olacaq. Amma dəqiq demək çətindir - 90 illik yubileyi, yoxsa 93 illiyi qeyd olunacaq. Bir zamanlar Heydər Əliyev özü zarafatla deyirdi ki, “KQB-çilərin tərcümeyi- halı olmur, onlar əfsanədir”. 10 may tarixini Heydər Əliyev özü seçib. Diktatorun ölümü və ölüm tarixi də bir əfsanədir. Onun, Klivlend klinikasındahəyat təminatı sistemindən kəsilməsi yalnız ABŞ, Rusiya və əlbəttə ki, öz varisi - İlham Əliyev xəbərdar idi.
Mayın 10-da onun 90 illik yubileyi Azərbaycanda həddindən artıq təntənəli şəkildə qeyd olunacaq - artıq arımrəsmi mətbuat orqanı Heydər Əliyevi "ümummilli lider" elan edib. "Tarixi şəxsiyyətlərin xatirəsinin müdafiəsi" haqqında parlamentə təqdim olunmuş qanun layihəsi və onun Azərbaycan tarixindəki rolunun tənqid olunması və alçaldılması cinayət məsuliyyəti hesab olunur.
12 il öncə, Moskvada "Müstəqil Azərbaycan" komitəsində Heydər Əliyev haqqında analitik material hazırlanmışdı. Həmin material hələ də aktuallığını itirməyib.
 Bayağı bir fraza ilə başlayaq: diktator doğulmurlar, həyat və cəmiyyət insanı diktator edir. Buna görə də bütün Azərbaycan xalqı, Heydər Əliyevin içində bir diktatorun doğuluşu üçün cavabdehlik daşıyır.
Əvvəlcə H.Əliyevin bioqrafik məlumatlarının dəyişdirilməsinə, tərcümeyi-halını yenilənməsinə və doğulduğu yerin başqa bir yer ilə əvəz olunmasına kömək edildi (Böyük Sovet Ensiklopediyasında Heydər Əliyevin doğulduğu yer kimi Ermənistanın Sisyan rayonu, Azərbaycan Ensiklopediyasında isə Naxçıvan, Azərbaycan kimi qeyd olunub) məqsədi öz nəslini "bəzəmək və nəcibləşdirmək" idi.
Görünür gələcək diktator öz sadə mənşəyindən utanırdı. İnsanlar nəinki onun doğum tarixini, hətta müharibə illərinə təsadüf edən tərcümeyi-halını da dəyişdirməkdə kömək olub. Heç kim bilmir ki, o həqiqətənmi vərəm xəstəsi olduğu üçün öz yaşıdları ilə birgə mübarizədə iştirak etməyib, yoxsa o dövrdə İranda sovet sakini olub. Tam qarışıqlıq. Lakin, axı tərcümeyi-halını yeniləyən insan bunu nəisə gizlətmək məqsədiylə edir.
Bütün sonrakı həyatında valideynləri və milləti haqqında olan suallar onun üçün ağrılı olacaqdı. O, qəti şəkildə qohumlarına öz kökləri haqqında nəisə danışmağı, həmçinin müzakirə etməyi qadağan edirdi.
H. Əliyevin qardaşı, qarşısıalınmaz-idarə olunmayan Cəlal, "Qeyrət" partiyasının lideri Əşrəf Mehdiyevi , Əliyevləri kürd adlandırdığı üçün məhkəməyə verəndə, o dəhşətli dərəcədə qəzəbli idi. Əşrəf Mehdiyev onları ,ya fransız, ya da italyan adlandırsa belə, onun iddiası heç kimdə şübhə yaratmırdı.

Belə ki, ilk öncə o, valideynlərindən keçməli olub. Daha sonra şərait bunu tələb edərsə, hər kəsdən keçə biləcəkdi. Bu məsələdə o heç vaxt şübhəyə yer verməyib. Həmçinin necə ki, valideynlərindən, tamamilə sakit bir şəkildə öz vətənindən də keçməli oldu. Qəddar dahi hesab olunduğu Azərbaycandan fərqli olaraq, Ermənistan üçün o, xeyirxah dahi sayılırdı.
Hər halda, respublikaya rəhbərlik etdiyi zaman, Azərbaycanda ermənilərin öz hüquqlarının tapdanılması haqqında heç bir şikayəti yox idi. Bu günə qədər bütün bakı erməniləri Heydər Əliyevi xoş sözlərlə xatırlayır. Elə onun "ikinci gəlişində" Qarabağ ətrafındakı Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunmuşdur. Klivlenddən Heydər Əliyevin ağır vəziyyəti və onun ölümü haqqında şayiələri Ermənistanda  təlaşa səbəb oldu. Bundan əlavə, Ermənistandan gəlmələr, H. Əliyevin şəxsində özlərinə xeyriyyəçi tapmaqları heç də təsadüfi qiymətləndirilmir, həmçinin Naxçıvandan gəlmələrin tutduqları vəzifədən sıxışdırıb çıxararaq hakimiyyəti onlarla bölüdülər.
H. Əliyevin heç vaxt vətən hissi olmayıb. Onun üçün vətən - hakimiyyət uğrunda döyüş meydançası və son damcıya qədər sağdığı südverən inək idi. Hakimiyyət və sərvət - onun tək prioritetidir. Bu, onun bütün həyatıdır. Bu gün hakimiyyəti itirsə, dözməyib, sabahı öləcəkdi. O yalnız hökmranlıq etdiyi üçün yaşayırdı. İtirilmiş hakimiyyətini qaytarmaq üçün həyatının ən şərəfsiz və alçaldıcı illərini Moskvada yaşadı.
Onu “yüksək dərəcəli siyasətçi” adlandıran yaltaqlar, böyük səhv edir. O yalnız Azərbaycan miqyasında kiçik bir knyazlığın daxilində siyasətçi sayılırdı. Moskvaya köçürüləndə tale ona şans verdi və “krallığını” böyütdü. Tam  müvəffəqiyyətsizlik. O, sübut etdi ki, səmərəsizdir və yalnız azərbaycanlıları idarə etməyə qadirdir, o da əgər “at belində” olarsa.  “Piyada" Heydər Əliyevdən kənar dururdular, ən pis halda isə kommunist-çekist keçmişinə görə ona lənət oxuyurdular.
Demək olmaz ki, o xüsusi zəkası ilə fərqlənirdi. O, tədbirli idi, soyuqqanlılıq və səbirin vəhdəti, ağıldan da üstündü. Onda siyasətçiyə xas ən güclü keyfiyyəti vardı - gözləmək bacarığı, səbirlə, necə ki, düşməninin cəsədini çay kənarında oturub inadla gözləyən Çin filosofları kimi.
Amma ən əhəmiyyətli siyasi keyfiyyəti, zamanı duyumu hissinə malik olması idi. O bilirdi ki, siyasi səhnədə nə zaman görünməlidir. Heydər Əliyevin ikinci gəlişi, məhz bu duyumunun sayəsində oldu. Az sayda insana məlumdur ki, diktator çekist “elminə” yiyələndiyi vaxtlarda, KQB məktəbində ən az dərs saatları psixologiyaya ayrılırdı. Heydər Əliyev əlaçı olmasa da, dərsləri yaxşı oxuyub.
Azərbaycan Kommunist Partiyası MK-nın katibi olanda, xalqda bütün mənfi keyfiyyətləri - paxıllıq, qorxaqlıq, taleyə itaətkarlıq, mənfəətpərəstlik, əsassız ambisiya və s.inkişaf etdirmək üçün əlindən gələni etmişdi . Onun hakimiyyəti dövründə, Azərbaycanda rüşvət həyat tərzinə çevrildi, xəyanət - qaydaya, alçalma – adilik sayılırdı. Heydər Əliyev daha da irəliyə gedərək, müsbət vədləri təhrif etməyə çalışdı. Nəticədə azərbaycanlılar arasında sahibkarın sağlam hissi tamahkarlığa, mədəniyyət və ədəb - mənəvi fahişəliyə, nəzakət və hörmət - yaltaqlığa, səbir və dözüm – sağ qalmaq üçün tək yola çevrildi. Xalqın susqun qalması müqabilində, çox şeyə nail oldu. 30 il ərzində xalqı elə inadla əhlilləşdirdi ki, sonda özünə itaət etdirməyi bacardı. Məhz bunun sayəsində, Heydər Əliyevin ikinci gəlişi mümkün oldu. Qalanı isə - texniki gedişlərin hesabına idi. 30 ildən artıq bir zaman kəsimində intensiv əhilləşdirilən xalq, yaxınlarına badalaq atmağa, imkan düşən kimi onu satmağa hazır idi. Sadəcə zaman-zaman ortaya nəisə "atmaq" lazım idi - dezinformasiya,  təhrikçi, "qara qoyun". Bir qayda olaraq, diktatorun hakimiyyəti xalqın qorxusu üzərində qurulur. Həyatını, övladlarını, işini, evini, bir tikə çörəyini, azadlığını itirmək - qorxu nə olur olsun, insanlara aşılamaq lazımdır. Məsələn, Qarabağ əlilləri pensiyaların artırılması tələbiylə etiraz aksiyasına çıxanda, polis onları döydü, əksərini həbs etdi. Nəticə - əgər əlsiz və ayaqsızlara yazığı gəlmədisə, qalanları barədə danışmağa ehtiyac yoxdur. Qorxu toxumu səpilib. Dərhal həmin aksiyada yoldaşlarını sataraq onları ittiham edən əlil tətilçilər də tapıldı.
 Bayağı biri olaraq, o özünü ağıllı insanlarla əhatə etməməyə çalışıdr. O hər kəsdən olduğu kimi, onlardan da istifadə edirdi. Əhatəsində olan rəqiblərindən qorxmurdu, çünki bütün diktatorlar kimi başa düşürdü - əclaflar çoxdur, lakin hər kəs diktator ola bilməz. O “hər kəs” deyildi
Bütün diktatorlar kimi, o, kinli və intiqamçı idi. Həm də, o yalnız şəxsi düşmənlərindən deyil, bütün xalqdan qisas alırdı. Ola bilər ki, Qorbaçov Əliyevi işdən azad edəndə xalq buna etiraz etmədi. Ola bilər ki, onlar öz yalanlarını irəli sürüb və yerdə uzanan Əliyevi döyürdü. Bəlkə də ola bilər ki, Ermənistandan gəlmələrin əvəzinə Azərbaycanı satdı.
O, öz oğlunu da azərbaycanlıları yetişdirdiyi kimi böyüdüb. Bütün həyatı boyu vahid fikri onun boynuna qoymaq üçün onu sındırırdı - oğlu üçün hansı üsulun və nəyin yaxşı olduğunu yalnız o bilirdi. İlham Əliyev - milliyyətin infantilizminin parlaq nümunəsidir. Ata öz oğluna ən qorxunc olanı öyrətdi – nifrəti. Onda da eyniylə, vətən sevgisi çatışmır. Atası, oğlunda insani hissləri məhv edərək, sevginin əvəzinə miras olaraq ona zəiflik verib. Psixoloqlar İlham Əliyevin qumar oyunlarına meylliliyini, ata təzyiqinə düşüncəsiz etiraz kimi qiymətləndirir.
Diktator yaşlandıqca, vəziyyəti nəzarət altında saxlamaq bir o qədər də çətinləşirdi. Bundan əlavə oyun oynamaq da getdikcə çətinləşirdi. Məlumdur ki, oyun və qeyri-səmimilik çoxlu güc, enerji tələb edir,  onlar isə əvvəlki qaydada deyil, tükənmişdi. Oynamaq isə vacibdir, xüsusiylə demokratiya oyununu. Kommunistlərin dövründə bir partiya ilə və müxalifətsiz asan idi. İndi isə bir neçəsinə dözməlisən. Vaxtaşırı, naxoş ambisiyalardan və partiya liderlərinin özünə vurğunluğundan,  oyun oynayaraq gah birini, gah da ki, digərini parçaladı. Xalqla hər şey asandır, 12000 adamı həbs etdirdi (hal hazırda həbsdə olanların sayı) onların çox az hissəsi oğru, cinayətkar, avtomobil oğruları, fırıldaqçılar və narkotik alveri ilə məşğul olanlardır, qalanları isə - azərbaycanlıları vahimə içində saxlamaqdan ötrü orada tutulanlardır. Müxalifəti isə göz qabağında saxlamaq lazımdır, özününkü olsa belə. Özününkü olmağına isə heç bir şübhə yoxdur.
Yaşlandıqca diktator artıq yoruldu. Çox daha təşəbbüsü öz adamlarına verir. Bunlardan ən etibarlısı Ramiz Mehdiyev oldu, ölkədə onu "boz kardinal"adlandırırlar. Ona görədə "təşkilat " adından çıxış etməyi, pərdəarxası danışıqları, kadrlarla məşğul olmağı ona həvalə ediblər. Heydər Əliyev öz şəxsi hesabını "təşkilat" adlandırırdı. Məsələn, Ramiz Mehdiyev hər hansı bir namizədi vəzifəyə təyin edərkən, o mütləq soruşur : " Bəs təşkilata pul köçürülüb?", bunun bir mənası var - tələb olunan məbləğ ödənilmişmi? Əgər belədirsə, namizədi təbrik edirlər. Məhz Mehdiyevə varis şahzadənin qəyyumu roluna tapşırılmışdı.
H. Əliyev o dərəcədə yorulmuşdu ki, bütün xalqı dünyaya dağıdıb, yanında ən etibarlı və lal olanları saxlayardı. Çünki xalqın sayı nə qədər çox olarsa, bir o qədər çox problem və qayğı olar : qəzet, işıq, çörək, təhsil, səhiyyə, indi isə müxtəlif azadlıqlar haqqında, düşünmək lazımdır, çünki artıq savadlı olublar və hanısa tələblər irəli sürməyə başlayıblar. Ona görə də, ən yaxşısı - getsinlər. Onsuz da respublikada girov qalmış qohumlarına pul göndərirlər. Ölkəni, gənc və çalışqan təbəqə tərk edir, bu isə əhalinin ictimai aktiv hissəsidir, hansı ki, həm də hakimiyyət üçün təhlükə sayılır.
Adi bir insan- diktatordan fərqli olaraq ən son anda təəssüflənir ki, " doyunca yeməydi, içmədi, gəzmədi". Diktator yalnız "qisas almadığı" üçün, "cəzalandırmadığı" üçün, ən əsası isə - sübut etmədiyi üçün küsəcək. Bütün həyatı boyu sübut etməyə çalışıb ki, əsilsiz bir mələz böyük insan ola bilər, lakin o cılız bir diktator oldu. Tək, yazıq və bədbəxt. İş təkcə hesabdakı milyonlarla bitmir. İş tabutunun arxası ilə gedən klan üzvlərinin də sayı ilə bitmir, hansı ki, onları əslində ona nifrət edir, o isə onlara.  O, bütün diktatorlar kimi yalnız idi. Onun ətrafında onu bir şəxs, dost, vətəndaş kimi sevən heç kimi yox idi. Onun dostları da yoxdur, çünki onun öz etirafı ilə " KQB generallarının dostu olmur". Onun yalnız düşmənləri, paxıllıq çəkənləri,  bədxahlar, istifadəçiləri və ondan ölümcül qorxanlar vardı. Bütün həyatı boyu o taleyi, Allahı, xalqı aldatmağa çalışır və heç nəyə etibar edə bilmir. O, bədbəxt və yazıqdır, çünki oğlu yaşında olan Putin qarşısında alçalmağa məhkum olmuşdu, hansı ki, o general olarkən, o biri yalnız masa altında piyada gedirdi. Öz torpağında müşahidəçilər, ekspertlər və komissiyalara dözmək məcburiyyətində idi. Bütün bunlar isə hakimiyyət və sərvət üçün idi. Elə buna görə də o tək, yazıq və bədbəxtdi. O, saatlarla iş otağında tək oturub, fəaliyyət planlarını, öz ətrafındakı xainlərin, casusların və düşmənlərin təhlilini aparardı. Həyatda onun yeganə əyləncəsi pul olaraq qaldı. Onların hesablanması ilə xüsusi həzzlə məşğul olurdu. Onsuz da bütün ölkə, hər bir vətəndaş yalnız onun üçün işləyirdi, biznes də onun idi. Bütün iş adamları 90 faiz gəlirlərini ona verir, 10 faizini isə özünə saxlayırdı. Həmin 10 faiz də məmnuniyyətlə özünə götürərdi, sadəcə sui-qəsddən qorxurdu.
Əliyevlər - Azərbaycan xalqının dibinə kimi içməli olduğu badədir. Çünki onlar, buna layiqdir. Çünki insanlar Azərbaycanı, özünü, övladlarının gələcəyini boşqabda ona təqdim edərək, onun diktator olmağına icazə verdi. Çünki insanlar özləri onun oyunlarına, onun qoyduğu şərtlər altında oynamağa razılıq verdi, demək heç vaxt özləri qalib gələ bilməzdi. Çünki müqavimət göstərmək və qışqırmaq tələb olunanda, onlar gah tərifləyirdilər, gah da susurdular. Yalnız bir təsəlli ola bilər: gələcək nəsillər üçün dərs - özünüz üçün diktator yaratmayın!



Комментариев нет:

Отправить комментарий