четверг, 21 марта 2013 г.

"Fətullayevçilik!"




Eynulla Fətullayev kimə və nəyə xidmət edir?


Təxminən altı ay, bir il əvvəl bu sual müxtəlif cavablar doğura bilərdi. Hal hazırda isə bu sual çox ritorik səslənir, yəni cavab tamamilə aydındır.


Cənab Fətullayev bütün maskaları atıb və nümayişkaranə şəkildə hakimiyyətin ən yüksək vəzifəli şəxslərinin maraqlarına xidmət edir. Jurnalist kimi o doğrunun yox yalanın yanındadır. Hüquq müdafiəçisi kimi (daha doğrusu YAP müdafiəçisi kimi) o bizim vətəndaşlarımızın hüquq və azadlıqlarını pozanlarla birlikdədir. Vətəndaş kimi o açıq – aşkar ölkədə demokratiyanın inkişafına və vətəndaş cəmiyyəti qurmağa qarşı olanların tərəfindədir. Şəxsiyyət kimi o ruhunu, istedadını mənfəətpərəstliyə və tamahına görə satmışdır. Azərbaycanda Sovet dövründə, və xüsusilə postsovet dövründə hökümətin agentləri, yaltaqları, satqınları və “zəncirli itləri” baxımından heç vaxt kasadlıq olmayıb. Sözsüz ki, müasir dövrdə də saydıqlarımızdan az olmasa da var və cəmiyyət onları tanıyır. Amma Eynulla Fətullayev xüsusi bir tipdir. Bugün o az qala öz mövqeyini sürətlə itirməkdə olan hakim sinfin əsas alətinə çevrilib. 
Ədalət naminə onu da demək lazımdır ki, o bu yolla çoxdandır gedir, – bir tərəfdən başqa tərəfə keçərək, rollarını, statuslarını, dostlarını dəyişərək, özünü təhlükəli risklərə və macəralara ataraq əlaqələr və reytinq əldə edib, hətta 4 il azadlıqdan məhrum edilməyə razı olub, daxili və beynəlxalq diqqəti öz üzərinə cəlb etməyi bacarıb və...Nəhayət o, hökümətin diqqətini  və öz yerini qazandı. Onun "Kol vasitəsi ilə hakimiyyət ulduzlarına " olan yolu uğurlu alındı. Bəlkə bu elə ən başdan  hakimiyyətin xüsusi layihəsi idi?




Bəlkə o elə ən başdan "Mehdiyev administrasiyasının " hesablanmış aqenti idi ? Gənc olarkən YAP-dan başlamış, sonra nomenklatura vəzifələrində sınaqdan keçmiş,daha sonra "mirşahin məktəbi"Ans-də təhsil almış,sonra isə öz müxalif imicini Elmar Hüseynovun "Monitor"-unda qazandı. Elmar Hüseynovun faciəli taleyi Eynulla Fətullayevin jurnalist karyerasının başlanğıcı oldu,bəlkə də bunlar onunla bağlı xüsusi layihə ilə əlaqədar idi.

Yüksək idarəetmə bacarığı,jurnalist istedadı,böyük potensial,qalmaqallı xasiyyəti və ağlı ilə və yaxşı komanda və müəlliflər hesabına qısa zamanda o,ölkədə iki media layihəsini məhşur etməyə bacardı - "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan " Lakin,bu artıq "Monitor " deyildi ,Eynulla Fətullayev istedadı,insani və vətəndaş keyfiyyətləri ilə Elmar Hüseynovdan uzaq idi.  O,elə onda bir ayağı ilə hakimiyyətdə idi və mövqe qazanırdı,bəlkədə iki ayağı ilə orada olmaq üçün getdi








“Eynullalaşma”


Və budur, necə deyərlər, “axmağın arzusu yerinə yetdi”. Hakimiyyət onu qəbul etdi və nəvaziş göstərdi. Ancaq “Mehdiyev administrasiyası” – nda “cəsus 007” rolunu oynamaq üçün o öz sədaqətini göstərmək naminə 4 ilini həbsxanada keçirməli oldu. Və sədaqətini layiqincə göstərdi.
Azadlığa çıxdından dərhal sonra “Eynulla Fətullayev” layihəsində yeni bir mərhələ başlayır. Hər yerdən gələn beynəlxalq təltiflər, qrantlar, mükafatlar onu ölkənin içində və sərhədlərdən kənarda tanınan bir qəhrəmana çevirdi. Belə görünür ki, o gələcəkdəki imici daha da gücləndirmək və istənilən təşəbbüsü reallaşdırmaq üçün çox gözəl bir başlanğıc mövqedə idi. Hakimiyyət bu “lahiyə” –n i 4 il həbsxanada saxlayıb və özünün ən çətin və məsuliyyətli dövründə ona görə azadlığa qovuşdurmadı ki, ona öz hərəkətlərində də sərbəstlik versin. Onun “böyük” arzusu hər riskə gedərək, hakimiyyətin ayağına dolaşmaqla, məhrumiyyətlərə dözməklə daxili və beynəlxalq arenada “hüquq və azadlıq müdafiəçisi” imici qazanmaqdan ibarət deyildi. Bu ona lazım idimi?
Buyurun- Oyunun və Lahiyənin sərhədləri çərçivəsində . Və budur o görülməmiş tezliklə “İnsan Hüquqları naminə” QHT –ni Ədliyyə Nazirliyində qeydiyyatdan keçirir, beləcə rəsmi hüquq müdafiəçisinə çevrilir. Sonra isə təşkilata həbsxanaların monitorinqi məqsədi ilə samballı qrantlar ayrılır və bütün cəzaçəkmə müəssisələrinin qapısı onun üzünə möcüzəli şəkildə açılır. Hakimiyyətin onun hüquq müdafiəçisi imicini yüksəltməyə kömək edərək müəyyən bir reytinqə qaldırmaqda məqsədi isə lazım olan anda media resursları ilə gücləndirib narazı kütlə və öz rəqiblərinə qarşı silah kimi istifadə etmək idi.
Hal hazırda bu silah “Eynulla Fətullayev + Haqqin.az saytı” aktiv şəkildə fəaliyyət göstərir və mövcud rejimin müdafiəsi və qorunması üçün əlindən gələni edir. İmicinin sürətli şəkildə dəyərdən düşməsi bahasına olsa belə. Ümumiyyətlə, bugünkü Azərbaycan cəmiyyətində bu şəkildə hakimiyyətə xidmət etmək və müsbət imicin qorunmasına nail olmaq mümkün deyil.






Diqqət "Fətullayevçilik!"



Bəli,bizim Əhəd Əbiyev,Hafiz Hacıyev,Siyavuş Novruzov ,Mübariz Qurbanlı,Mirşahin kimi oxşar ampluada və oxşar mövqeli hakimiyyət müdafiəçiləri var. Lakin Fətullayevçilik -xüsusi bir hadisədir- daha hiyləgər,daha təhlükəli,daha məkrli və cəmiyyət üçün təsiri daha zərərlidir.
Öncəliklə,yuxarıda sadalananlar liberal,hüquq müdafiəçisi ,azadlıq və demokratiya uğrunda döyüşçü kimi özlərini maskalamırlar. Onlar açıq-aydın hakimiyyətə xidmət edirlər və bu əməyin qarşılığını alırlar.Fətullayev isə ədalətli və vicdanlı maska altında cəmiyyətin adından çıxış etməyə səy göstərir ( lakin uğursuz alınır)  .

İkincisi isə ,görünür ki, Fətullayev yuxarıda sadalananlardan daha ağıllı, fərasətli və istedadlıdır. O,incə bir ustalıqla əvvəl qazandığı imici və  bu keyfiyyətləri istismar  edərək  müəyyən ölkədaxili və ölkəxarici  qüvvələri gözdən salmaq üçün istifadə edir. Təəssüf ki,onun təxribatları hədəfinə çatır və çoxlarını şübhələndirir. Amma bu da bir vaxta kimi. Hakimiyyət narahatdır və tələsir ,onlar tez-tez Fətullayev  ilə "atəş açır" və bu silah sürətlə dəyərini itirir.

Üçüncüsü isə,yuxarıda sadalananlardan "Fətullayevçilik" daha təhlükəli və zərərlidir,çünki o, vətəndaşlıq,mənəvi ,vətənpərvər və yaxud da ideoloji əyləclərdən məhrumdur, o bir sinizm, konyutura, gəlir ehtirası üzərində inşa edilmişdir. Həqiqət, ədalət ,azadlıq , demokratiya,Vətənin və vətəndaşların problemləri Eynullanı maraqlandırmır. O,yalnız özünü düşünür və hakimiyyətə yalnız ticari məqsədlərdə xidmət edir. Nə zaman ki,onun təsir gücü tükənəcək,hakimiyyət yeni bir Eynulla istehsal edəcək.
Hələ  ki,bu silah yaxşı atəş açır. Guya ki,Almaniyada vətəndaşların hüquq və azadlığı pozulur,ABŞ MDİ-nin (NDİ) əli ilə "facebook inqlabı"hazırlayır,Rusiya "Milyaderlər İttifaqı" vasitəsilə Azərbaycanda dövlət çevrilişi etmək istəyir. Hakimiyyətə lazım olanda  o,tez-tez daxili opponentlərə də atəş açır. Gah Rüstəm İbrahimbəyova və Ziyalılar forumuna,gah İsa Qəmbərə və Müsavat partiyasına,gah Əli Kərimli və AXCP-ə,gah gənclər tərəfindən hazırlanmış aksiyalara ,gah da ki,Eldar Namazov və El hərəkatına.Artıq bu silah hakimiyyətin fikir və duyğularının göstəricisi kimi xidmət edir.Eynulla və onun saytı ilə elitanın növbəti repressiyalarını proqnozlaşdırmaq olar. Burda da bir xeyir var.

Allah bu insana istedad,bacarıq,bilik verib,lakin o,çox tez şeytanla əlbir oldu.Artıq heç bir tövbə onu doğru yola qaytarmayacaq.O ,özü özünü qaçılmaz bir prosesə və imicini itirməyə məhkum etdi,"cəmiyyətdən təcrid" yolunda ,"Ziddiyətli fitnəkar" rolunda.O ,tamamilə özünü ifşa etdi.Lakin bu günlər Fətullayevçiliyin pik nöqtəsidir,bu gün o, təhlükəli və zərərlidir.Diqqətli olun!








Mənbə : http://kultura.az/articles.php?item_id=20130315123805469&sec_id=9&fb_action_ids=136195176561227&fb_action_types=og.likes&fb_source=timeline_og&action_object_map=%7B%22136195176561227%22%3A487566494629710%7D&action_type_map=%7B%22136195176561227%22%3A%22og.likes%22%7D&action_ref_map=%5B%5D

Комментариев нет:

Отправить комментарий