четверг, 27 июня 2013 г.

Bakıya səyahət

Bakıya səyahət 

2012-ci il Eurovision ərəfəsində Bakının imici haqqında çəkilmiş video çarxlar, hər dəfə mənə müsabiqə üçün nəzərdə tutulmuş dəbdəbəli konsert zalının qiymətini xatırladırdı : cüzi kompensasiya qarşılığında minlərlə insan qanunsuz olaraq öz evlərindən köçürülmüşdü







Eurovision əcnəbilərin diqqətini ölkədə insan hüquqlarının problemlərinə, həmçinin Azərbaycan fəalları ilə tanışlığa şərait yaratdı, 2012-ilin yazında çoxsaylı həbslərə, sərt qovulmalara və ağır cərimələrə baxmayaraq azərbaycanlıların etirazları haqqında xəbərləri daha da diqqətli izləmək üçün məndə həvəs yaratdı
İnsan hühuqları sahəsində Belarusiyaya bənzəyən, böyük problemləri olan ölkədə insanların necə yaşadığını öyrənmək arzusu məni Bakıya 2 dəfə səfər etməyə sövq elədi.

Əsgər ölümlərinə qarşı dinc etiraz aksiyası

8 mart 2013- cü il. Mən öz aktivist-dostum Cavadla Azərbaycanda siyasi sahədə dəyişiklik üçün təbliğat aparan gənclər təşkilatının ofisinə getdik. Gənclər sevincək öz notebookları arxasından qonaqları salamladı. Masada tort var idi, axı bayramdır.

Bu təşkilat Azərbaycanda Müstəqil Televiziyaya vəsait toplamaq üçün kampaniya keçirir. Hər hansı məbləğ qarşılığında 2013-cü il yanvarda keçirilmiş “Əsgər ölümlərinə son” etiraz aksiyasında çəkilmiş fotoları almaq olar.  Bu pullar həmin layihəyə sərf ediləcək.




Mən 2 foto aldım.
Onların birində Emin Milli - keçmiş siyasi məhbus, blogger, yazıçı və aktivistdir. Emin səlahiyyətli orqanlarının hərəkətləri tənqid edən videonu blogunda yerləşdirdiyi üçün 2 ilini həbsdə keçirib. Azad olduqdan sonra,o,xaricdə təhsil alırdı, ancaq o,böyük sevinclə Azərbaycana qayıtdı, müxalifət hökümətinin ən parlaq simalarından biri oldu.İndiki zamanda Emin həbs riskinin olduğuna görə xaricdə yaşamağa məcburdur. O,Azərbaycanda müstəqil televiziya layihəsi ilə məşğul olur.


Fotoda etirazçılar arasında "Sing of democracy" kampaniyasının lideri Rəsul Cəfərov da var. O, Eurovisionun vasitəsi ilə Azərbaycanda insan hüquqlarının pozulma problemlərinə diqqət cəlb edib. İndi layihə "Art for democracy" adı ilə əvəz edilib. "Art for democracy" bütün incəsənət növlərinin köməyi ilə insan hüquqları ilə bağlı məsələləri qaldırır.

Gənc liderlərə təqib
10 mart “Əsgər ölümlərinə son” adlı ikinci aksiya nəzərdə tutulmuşdu. Mən ayın 9-u Bakını tərk etdim. Ona görə də dostumun 500 AZN (500 avro - Bakıda təxminən orta aylıq əmək haqqıdır ) cərimə olunduğunu Minskdə olanda bildim.
Aksiyanın nəticəsi olaraq 9 apreldə Bakıya gələndə xəbər tutdum ki, aksiyada iştirak etmiş Nida Vətəndaş Hərəkatının 7 üzvü həbs olunub. Onlar indiyənə kimi həbsdədirlər.



Məhşur azərbaycanlı jurnalist Xədicə İsmayıl daima təqib edilir. Jurnalist, həyat üçün təhlükə qarşısında işləyir.Onun fikrincə, bu gün Azərbaycandakı nikbinliyi fəal gənc nəsil ruhlandırır.

Gənc insanlar - etiraz hərəkatının ən təsirli hissəsidir. Onlar səlahiyyətli orqanlarının hərəkətləri ilə razılaşmadıqlarını yeni yollar və üsullarla bildirirlər. Gənc fəalların əksəriyyəninin heç bir siyasi ambisiyası yoxdur, onlar öz tələblərində və əməllərində səmimidirlər. Uzun illərdir ki, hakimiyyət "köhnə" muxalifəti etibarsızlaşdırıb, nüfuzdan salıb. Buna görə də gənclər dəstəyi cəmiyyətdən alır. Elə məhz bu gənclər cəmiyyətdə orduda əsgər ölümləri barədə mövzunu qaldırdı. Əvvəllər etiraz aksiyalarının mənasız olduğunu düşünən və iştirak etməyə hazır olmayan insanlar da aksiyalara qoşuldular. Buna görə də mövcud hakimiyyət yaradıcı, savadlı, aktiv gənclərlə "məşğul olmağa" başladı.

Harlem Shake həbsi

Apreldə Bakının mərkəz küçələrinin birində Xədicə İsmayıl ilə  təsadüfən gənc aktivist İlkin Rüstəmzadə ilə qarşılaşdıq.
-Bu, İlkindir. O, əsgər ölümlərinə qarşı ilk aksiyanı təşkilatçısıdır deyə,  Xədicə İsmayıl bu gənci mənə təqdim etdi.


Bu aksiyada ordudakı “Əsgər ölümlərinə son!" sadə, qeyri - siyasi mesaj minlərlə insan tərəfindən dəstəkləndi. Azərbaycanda keçirilən çox nadir aksiyalar müxtəlif yaşlı və müxtəlif fikirli insanları bir araya toplaya bildi.

İki gündən sonra mən İlkini “İnsan hüquqları haqqında sənədli filmlər” festivalında gördüm.  İlkin, sadə bir tələbədir  və  aksiyaları özbaşına fikirləşib və təşkil edib. O , öz işini də bir vətəndaş mövqeyinə görə itirdi.
May ayında İlkini həbs etdilər. Onu, xuliqanlıqda ittiham etdilər.  Guya ki, İlkin Bulvarda çəkilmiş Harlem Shake videosunun təşkilatçısıdır (http://www.youtube.com/watch?v=SFb7DJAv138). İlkinin özünün bildirdiyinə görə,  onun bu video ilə heç bir əlaqəsi olmayıb.

İyun ayında bu videonun təşkilində iştirak etmiş foto - jurnalist Mehman Hüseynov İlkinin saxlanılmasından sonra, hər gün öz həbsini gözləyirdi. Onun öz işinə görə Norveçdə Gerd Bucerius beynəlxalq jurnalistika mükafatını almaq üçün ölkəni tərk etməsinə icazə vermədilər




Maarifləndirmə meydanlarının bağlanması

Aprelin 11-i bütün arzulayanlar üçün müxtəlif mövzularda mühazirələrin təşkil edildiyi Azad Fikir Universitetinin ofisi möhürləndi. Universitetə heç bir siyasi hərəkatlara qoşulmamış adamlar gəlirdi. Onların çoxu hətta ölkədə hansı siyasi partiyaların olmasından belə xəbərsiz idi. Azərbaycanlıların çoxu hələlik siyasi və vətəndaş azadlığını açıq müzakirə etməyə hazır deyil. Bu qeyri-siyasi tədbirlərin populyarlığının səbəblərindən daha birisidir. Maarifləndirmə meydanlarının bağlanması, daha da çoxsaylı adamları Azərbaycanda baş verənlər üzərində düşünməyə vadar etdi.



Təqiblərə baxmayaraq vətəndaş fəallığının artımı

Jurnalist Xədicə İsmayılova deyir ki, - Vətəndaş fəallığı 2005-ci ildə jurnalist Elmar Hüseynov öldürüldüyü vaxtlarda artmağa başladı. İnsanlar fəallaşdılar. Hərəsində 200 adamın iştirak etdiyi ictimai mühazirələr təşkil olunmağa başladı. Heç bir siyasi rəngi olmayan, sadəcə insanların bir-biri ilə tanış olduğu mühazirələr baş tuturdu. 2009-cu ildə bloqqerlər Emin Milli və Adnan Hacızadənin hakimiyyəti tənqid etməsinə görə həbs edilməsi cəmiyyəti daha da hərəkətə gətirdi və əvvəllər fəal olmayan, siyasətdə iştirak etməyən çoxsaylı insanların fəallaşmasına səbəb oldu. Daha sonra insanlar Facebookda fəal iştirak etməyə başladılar. Onlayn qruplar daha sonra cürbəcür təşkilatlar, həmçinin N!DA yarandı.




Və nə qədər çox insan həbs olunsa,  bir o qədər də çox insan etiraz hərəkatına qoşulur. Hakimiyyət öz əleyhdarlarını özü çoxaldır. N!DA hərəkatının bir neçə üzvü həbs edildikdən sonra bir neçə min insan etiraz əlaməti olaraq bu hərəkata qoşuldu deyə tanınmış jurnalist sözünə davam etdi.
Özündə açıq siyasi çağırışlar daşımayan etiraz nümayişlərində məşhur Azərbaycan jurnalistləri və hüquq müdafiəçiləri də qatılmağa başladı. Məşhur vəkil və hüquq müdafiəçisi İntiqam Əliyev də burda iştirak edirdi. Amma o belə nümayişlərə nikbinlik və ümidlə baxmır:

- Mən nümayişlərin tərəfdarı deyiləm. Bir nümayişin bütün problemləri həll etməsini gözləmək yanlışdır. Amma ictimai fəallar bu nümayişləri məhz nələrisə dəyişdirmək üçün təşkil edirlər.
Hakimiyyətin nümayişləri yatırtmaqla bağlı böyük vəsaiti və təcrübəsi var. İnformasiyaya çıxış məhdudlaşdırılanda insanları hətta qeyri-siyasi etirazlara, məsəl üçün orduda əsgər ölümlərinə etiraz etməyə belə cəlb etmək çətinləşir. Mənim fikrimcə küçə nümayişləri bizi geri salır, onların faydalılıq əmsalı aşağıdır. Biz saxlanılanların azad edilməsinə çox böyük enerji sərf edirik, lakin bu enerjini lazımi dəyişikliklər etmək üçün vətəndaş cəmiyyətinin fəallaşdırılmasına da sərf edə bilərdik.
Hakimiyyət etirazları vətəndaş cəmiyyətinə qarşı repressiyaları gücləndirmək üçün istifadə edir. Hər nümayişdən sonra qanunsuz olaraq fəallar həbs olunur, saxta ittihamlarla mühakimə edilir. Bu bizim hakimiyyətlə beynəlxalq ictimaiyyət arasında sövdələşmələrə aparıb çıxarır. Artıq 20 ildir bu sxemi müşahidə edirik: hakimiyyət həbs edir, daha sonra sövdələşir, siyasi məhbuslar azad olunur, beynəlxalq ictimaiyyət hakimiyyətin xoş məramını alqışlayır, daha sonra yenidən həbslər başlayır və beləcə hər şey dövr edir


Digər fəallar kimi , məhkəmə Xədicəni də aksiyada iştirak etdiyi üçün cərimə ödəməyə məhkum etdi. Lakin jurnalist qeyri-qanuni cəza ilə razılaşmadı. O, dinc etiraz aksiyalarında iştiraklarına görə cərimələnənlərlə "Vətənadaş itaətsizliyi" adlı kampaniyanın təşkilatçılarından biri oldu. 10 fəal dinc etiraz aksiyasında etirazlarına görə cərimələrini ödəməkdən imtina etdi. İyun ayında jurnalist məhkəmənin qərarını yerinə yetirmədiyinə görə 220 saat ictimai xidmətə məhkum olundu.


Azərbaycan : Belarusa həm bənzəyir, həm də bənzəmir

Bu ilin yazında Gürcüstanda keçirilən Tbilisi foto festivalında Azərbaycan fotoqraflarının çəkdiyi fotoların təqdimatı keçirildi. Burada təqdim olunan fotolar Azərbaycan ordusunda baş verən əsgər ölümlərinə etiraz aksiyalarında çəkilmiş fotolar idi. Bu fotoşəkillər, Azərbaycanda sadə vətəndaşların ədalətsizliklərlə üzləşdiyinin göstəricisidir. Lakin reallıqlar haqqında danışan bu fotoşəkillər və səslərlə,  Azərbaycan hakimiyyətinin neft arqumenti və  böyük büdcəsi olduğuna görə,  Azərbaycana beynəlxalq səviyyədə qarşı çıxmaq çətindir.
Mənim Bakıda tanış olduğum fransız gənc turist cütlüyün Azərbaycanda olan insan hüquqları problemlərindən xəbərləri yox idi.
Belarus və Azərbaycan arasında oxşarlıq nədir?
Bizə və onlara bilmək vacibdir ki, onlar öz mübarizəsində tək deyillər.
Bizə və onlara həmrəylik lazımdır.

Müəllif : İrina Deşeviçına 

пятница, 3 мая 2013 г.

Heydər Əliyev - 90. Diktatorun psixoloji portreti







Heydər Əliyev - 90. Diktatorun psixoloji portreti

Mövsün Hacıyev

10 may Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Politbürosunun keçmiş üzvü, Nazirlər şurasının birinci müavininin və nəhayət Azərbaycanın prezidenti Heydər Əliyevin 90 illik yubileyi olacaq. Amma dəqiq demək çətindir - 90 illik yubileyi, yoxsa 93 illiyi qeyd olunacaq. Bir zamanlar Heydər Əliyev özü zarafatla deyirdi ki, “KQB-çilərin tərcümeyi- halı olmur, onlar əfsanədir”. 10 may tarixini Heydər Əliyev özü seçib. Diktatorun ölümü və ölüm tarixi də bir əfsanədir. Onun, Klivlend klinikasındahəyat təminatı sistemindən kəsilməsi yalnız ABŞ, Rusiya və əlbəttə ki, öz varisi - İlham Əliyev xəbərdar idi.
Mayın 10-da onun 90 illik yubileyi Azərbaycanda həddindən artıq təntənəli şəkildə qeyd olunacaq - artıq arımrəsmi mətbuat orqanı Heydər Əliyevi "ümummilli lider" elan edib. "Tarixi şəxsiyyətlərin xatirəsinin müdafiəsi" haqqında parlamentə təqdim olunmuş qanun layihəsi və onun Azərbaycan tarixindəki rolunun tənqid olunması və alçaldılması cinayət məsuliyyəti hesab olunur.
12 il öncə, Moskvada "Müstəqil Azərbaycan" komitəsində Heydər Əliyev haqqında analitik material hazırlanmışdı. Həmin material hələ də aktuallığını itirməyib.
 Bayağı bir fraza ilə başlayaq: diktator doğulmurlar, həyat və cəmiyyət insanı diktator edir. Buna görə də bütün Azərbaycan xalqı, Heydər Əliyevin içində bir diktatorun doğuluşu üçün cavabdehlik daşıyır.
Əvvəlcə H.Əliyevin bioqrafik məlumatlarının dəyişdirilməsinə, tərcümeyi-halını yenilənməsinə və doğulduğu yerin başqa bir yer ilə əvəz olunmasına kömək edildi (Böyük Sovet Ensiklopediyasında Heydər Əliyevin doğulduğu yer kimi Ermənistanın Sisyan rayonu, Azərbaycan Ensiklopediyasında isə Naxçıvan, Azərbaycan kimi qeyd olunub) məqsədi öz nəslini "bəzəmək və nəcibləşdirmək" idi.
Görünür gələcək diktator öz sadə mənşəyindən utanırdı. İnsanlar nəinki onun doğum tarixini, hətta müharibə illərinə təsadüf edən tərcümeyi-halını da dəyişdirməkdə kömək olub. Heç kim bilmir ki, o həqiqətənmi vərəm xəstəsi olduğu üçün öz yaşıdları ilə birgə mübarizədə iştirak etməyib, yoxsa o dövrdə İranda sovet sakini olub. Tam qarışıqlıq. Lakin, axı tərcümeyi-halını yeniləyən insan bunu nəisə gizlətmək məqsədiylə edir.
Bütün sonrakı həyatında valideynləri və milləti haqqında olan suallar onun üçün ağrılı olacaqdı. O, qəti şəkildə qohumlarına öz kökləri haqqında nəisə danışmağı, həmçinin müzakirə etməyi qadağan edirdi.
H. Əliyevin qardaşı, qarşısıalınmaz-idarə olunmayan Cəlal, "Qeyrət" partiyasının lideri Əşrəf Mehdiyevi , Əliyevləri kürd adlandırdığı üçün məhkəməyə verəndə, o dəhşətli dərəcədə qəzəbli idi. Əşrəf Mehdiyev onları ,ya fransız, ya da italyan adlandırsa belə, onun iddiası heç kimdə şübhə yaratmırdı.

Belə ki, ilk öncə o, valideynlərindən keçməli olub. Daha sonra şərait bunu tələb edərsə, hər kəsdən keçə biləcəkdi. Bu məsələdə o heç vaxt şübhəyə yer verməyib. Həmçinin necə ki, valideynlərindən, tamamilə sakit bir şəkildə öz vətənindən də keçməli oldu. Qəddar dahi hesab olunduğu Azərbaycandan fərqli olaraq, Ermənistan üçün o, xeyirxah dahi sayılırdı.
Hər halda, respublikaya rəhbərlik etdiyi zaman, Azərbaycanda ermənilərin öz hüquqlarının tapdanılması haqqında heç bir şikayəti yox idi. Bu günə qədər bütün bakı erməniləri Heydər Əliyevi xoş sözlərlə xatırlayır. Elə onun "ikinci gəlişində" Qarabağ ətrafındakı Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunmuşdur. Klivlenddən Heydər Əliyevin ağır vəziyyəti və onun ölümü haqqında şayiələri Ermənistanda  təlaşa səbəb oldu. Bundan əlavə, Ermənistandan gəlmələr, H. Əliyevin şəxsində özlərinə xeyriyyəçi tapmaqları heç də təsadüfi qiymətləndirilmir, həmçinin Naxçıvandan gəlmələrin tutduqları vəzifədən sıxışdırıb çıxararaq hakimiyyəti onlarla bölüdülər.
H. Əliyevin heç vaxt vətən hissi olmayıb. Onun üçün vətən - hakimiyyət uğrunda döyüş meydançası və son damcıya qədər sağdığı südverən inək idi. Hakimiyyət və sərvət - onun tək prioritetidir. Bu, onun bütün həyatıdır. Bu gün hakimiyyəti itirsə, dözməyib, sabahı öləcəkdi. O yalnız hökmranlıq etdiyi üçün yaşayırdı. İtirilmiş hakimiyyətini qaytarmaq üçün həyatının ən şərəfsiz və alçaldıcı illərini Moskvada yaşadı.
Onu “yüksək dərəcəli siyasətçi” adlandıran yaltaqlar, böyük səhv edir. O yalnız Azərbaycan miqyasında kiçik bir knyazlığın daxilində siyasətçi sayılırdı. Moskvaya köçürüləndə tale ona şans verdi və “krallığını” böyütdü. Tam  müvəffəqiyyətsizlik. O, sübut etdi ki, səmərəsizdir və yalnız azərbaycanlıları idarə etməyə qadirdir, o da əgər “at belində” olarsa.  “Piyada" Heydər Əliyevdən kənar dururdular, ən pis halda isə kommunist-çekist keçmişinə görə ona lənət oxuyurdular.
Demək olmaz ki, o xüsusi zəkası ilə fərqlənirdi. O, tədbirli idi, soyuqqanlılıq və səbirin vəhdəti, ağıldan da üstündü. Onda siyasətçiyə xas ən güclü keyfiyyəti vardı - gözləmək bacarığı, səbirlə, necə ki, düşməninin cəsədini çay kənarında oturub inadla gözləyən Çin filosofları kimi.
Amma ən əhəmiyyətli siyasi keyfiyyəti, zamanı duyumu hissinə malik olması idi. O bilirdi ki, siyasi səhnədə nə zaman görünməlidir. Heydər Əliyevin ikinci gəlişi, məhz bu duyumunun sayəsində oldu. Az sayda insana məlumdur ki, diktator çekist “elminə” yiyələndiyi vaxtlarda, KQB məktəbində ən az dərs saatları psixologiyaya ayrılırdı. Heydər Əliyev əlaçı olmasa da, dərsləri yaxşı oxuyub.
Azərbaycan Kommunist Partiyası MK-nın katibi olanda, xalqda bütün mənfi keyfiyyətləri - paxıllıq, qorxaqlıq, taleyə itaətkarlıq, mənfəətpərəstlik, əsassız ambisiya və s.inkişaf etdirmək üçün əlindən gələni etmişdi . Onun hakimiyyəti dövründə, Azərbaycanda rüşvət həyat tərzinə çevrildi, xəyanət - qaydaya, alçalma – adilik sayılırdı. Heydər Əliyev daha da irəliyə gedərək, müsbət vədləri təhrif etməyə çalışdı. Nəticədə azərbaycanlılar arasında sahibkarın sağlam hissi tamahkarlığa, mədəniyyət və ədəb - mənəvi fahişəliyə, nəzakət və hörmət - yaltaqlığa, səbir və dözüm – sağ qalmaq üçün tək yola çevrildi. Xalqın susqun qalması müqabilində, çox şeyə nail oldu. 30 il ərzində xalqı elə inadla əhlilləşdirdi ki, sonda özünə itaət etdirməyi bacardı. Məhz bunun sayəsində, Heydər Əliyevin ikinci gəlişi mümkün oldu. Qalanı isə - texniki gedişlərin hesabına idi. 30 ildən artıq bir zaman kəsimində intensiv əhilləşdirilən xalq, yaxınlarına badalaq atmağa, imkan düşən kimi onu satmağa hazır idi. Sadəcə zaman-zaman ortaya nəisə "atmaq" lazım idi - dezinformasiya,  təhrikçi, "qara qoyun". Bir qayda olaraq, diktatorun hakimiyyəti xalqın qorxusu üzərində qurulur. Həyatını, övladlarını, işini, evini, bir tikə çörəyini, azadlığını itirmək - qorxu nə olur olsun, insanlara aşılamaq lazımdır. Məsələn, Qarabağ əlilləri pensiyaların artırılması tələbiylə etiraz aksiyasına çıxanda, polis onları döydü, əksərini həbs etdi. Nəticə - əgər əlsiz və ayaqsızlara yazığı gəlmədisə, qalanları barədə danışmağa ehtiyac yoxdur. Qorxu toxumu səpilib. Dərhal həmin aksiyada yoldaşlarını sataraq onları ittiham edən əlil tətilçilər də tapıldı.
 Bayağı biri olaraq, o özünü ağıllı insanlarla əhatə etməməyə çalışıdr. O hər kəsdən olduğu kimi, onlardan da istifadə edirdi. Əhatəsində olan rəqiblərindən qorxmurdu, çünki bütün diktatorlar kimi başa düşürdü - əclaflar çoxdur, lakin hər kəs diktator ola bilməz. O “hər kəs” deyildi
Bütün diktatorlar kimi, o, kinli və intiqamçı idi. Həm də, o yalnız şəxsi düşmənlərindən deyil, bütün xalqdan qisas alırdı. Ola bilər ki, Qorbaçov Əliyevi işdən azad edəndə xalq buna etiraz etmədi. Ola bilər ki, onlar öz yalanlarını irəli sürüb və yerdə uzanan Əliyevi döyürdü. Bəlkə də ola bilər ki, Ermənistandan gəlmələrin əvəzinə Azərbaycanı satdı.
O, öz oğlunu da azərbaycanlıları yetişdirdiyi kimi böyüdüb. Bütün həyatı boyu vahid fikri onun boynuna qoymaq üçün onu sındırırdı - oğlu üçün hansı üsulun və nəyin yaxşı olduğunu yalnız o bilirdi. İlham Əliyev - milliyyətin infantilizminin parlaq nümunəsidir. Ata öz oğluna ən qorxunc olanı öyrətdi – nifrəti. Onda da eyniylə, vətən sevgisi çatışmır. Atası, oğlunda insani hissləri məhv edərək, sevginin əvəzinə miras olaraq ona zəiflik verib. Psixoloqlar İlham Əliyevin qumar oyunlarına meylliliyini, ata təzyiqinə düşüncəsiz etiraz kimi qiymətləndirir.
Diktator yaşlandıqca, vəziyyəti nəzarət altında saxlamaq bir o qədər də çətinləşirdi. Bundan əlavə oyun oynamaq da getdikcə çətinləşirdi. Məlumdur ki, oyun və qeyri-səmimilik çoxlu güc, enerji tələb edir,  onlar isə əvvəlki qaydada deyil, tükənmişdi. Oynamaq isə vacibdir, xüsusiylə demokratiya oyununu. Kommunistlərin dövründə bir partiya ilə və müxalifətsiz asan idi. İndi isə bir neçəsinə dözməlisən. Vaxtaşırı, naxoş ambisiyalardan və partiya liderlərinin özünə vurğunluğundan,  oyun oynayaraq gah birini, gah da ki, digərini parçaladı. Xalqla hər şey asandır, 12000 adamı həbs etdirdi (hal hazırda həbsdə olanların sayı) onların çox az hissəsi oğru, cinayətkar, avtomobil oğruları, fırıldaqçılar və narkotik alveri ilə məşğul olanlardır, qalanları isə - azərbaycanlıları vahimə içində saxlamaqdan ötrü orada tutulanlardır. Müxalifəti isə göz qabağında saxlamaq lazımdır, özününkü olsa belə. Özününkü olmağına isə heç bir şübhə yoxdur.
Yaşlandıqca diktator artıq yoruldu. Çox daha təşəbbüsü öz adamlarına verir. Bunlardan ən etibarlısı Ramiz Mehdiyev oldu, ölkədə onu "boz kardinal"adlandırırlar. Ona görədə "təşkilat " adından çıxış etməyi, pərdəarxası danışıqları, kadrlarla məşğul olmağı ona həvalə ediblər. Heydər Əliyev öz şəxsi hesabını "təşkilat" adlandırırdı. Məsələn, Ramiz Mehdiyev hər hansı bir namizədi vəzifəyə təyin edərkən, o mütləq soruşur : " Bəs təşkilata pul köçürülüb?", bunun bir mənası var - tələb olunan məbləğ ödənilmişmi? Əgər belədirsə, namizədi təbrik edirlər. Məhz Mehdiyevə varis şahzadənin qəyyumu roluna tapşırılmışdı.
H. Əliyev o dərəcədə yorulmuşdu ki, bütün xalqı dünyaya dağıdıb, yanında ən etibarlı və lal olanları saxlayardı. Çünki xalqın sayı nə qədər çox olarsa, bir o qədər çox problem və qayğı olar : qəzet, işıq, çörək, təhsil, səhiyyə, indi isə müxtəlif azadlıqlar haqqında, düşünmək lazımdır, çünki artıq savadlı olublar və hanısa tələblər irəli sürməyə başlayıblar. Ona görə də, ən yaxşısı - getsinlər. Onsuz da respublikada girov qalmış qohumlarına pul göndərirlər. Ölkəni, gənc və çalışqan təbəqə tərk edir, bu isə əhalinin ictimai aktiv hissəsidir, hansı ki, həm də hakimiyyət üçün təhlükə sayılır.
Adi bir insan- diktatordan fərqli olaraq ən son anda təəssüflənir ki, " doyunca yeməydi, içmədi, gəzmədi". Diktator yalnız "qisas almadığı" üçün, "cəzalandırmadığı" üçün, ən əsası isə - sübut etmədiyi üçün küsəcək. Bütün həyatı boyu sübut etməyə çalışıb ki, əsilsiz bir mələz böyük insan ola bilər, lakin o cılız bir diktator oldu. Tək, yazıq və bədbəxt. İş təkcə hesabdakı milyonlarla bitmir. İş tabutunun arxası ilə gedən klan üzvlərinin də sayı ilə bitmir, hansı ki, onları əslində ona nifrət edir, o isə onlara.  O, bütün diktatorlar kimi yalnız idi. Onun ətrafında onu bir şəxs, dost, vətəndaş kimi sevən heç kimi yox idi. Onun dostları da yoxdur, çünki onun öz etirafı ilə " KQB generallarının dostu olmur". Onun yalnız düşmənləri, paxıllıq çəkənləri,  bədxahlar, istifadəçiləri və ondan ölümcül qorxanlar vardı. Bütün həyatı boyu o taleyi, Allahı, xalqı aldatmağa çalışır və heç nəyə etibar edə bilmir. O, bədbəxt və yazıqdır, çünki oğlu yaşında olan Putin qarşısında alçalmağa məhkum olmuşdu, hansı ki, o general olarkən, o biri yalnız masa altında piyada gedirdi. Öz torpağında müşahidəçilər, ekspertlər və komissiyalara dözmək məcburiyyətində idi. Bütün bunlar isə hakimiyyət və sərvət üçün idi. Elə buna görə də o tək, yazıq və bədbəxtdi. O, saatlarla iş otağında tək oturub, fəaliyyət planlarını, öz ətrafındakı xainlərin, casusların və düşmənlərin təhlilini aparardı. Həyatda onun yeganə əyləncəsi pul olaraq qaldı. Onların hesablanması ilə xüsusi həzzlə məşğul olurdu. Onsuz da bütün ölkə, hər bir vətəndaş yalnız onun üçün işləyirdi, biznes də onun idi. Bütün iş adamları 90 faiz gəlirlərini ona verir, 10 faizini isə özünə saxlayırdı. Həmin 10 faiz də məmnuniyyətlə özünə götürərdi, sadəcə sui-qəsddən qorxurdu.
Əliyevlər - Azərbaycan xalqının dibinə kimi içməli olduğu badədir. Çünki onlar, buna layiqdir. Çünki insanlar Azərbaycanı, özünü, övladlarının gələcəyini boşqabda ona təqdim edərək, onun diktator olmağına icazə verdi. Çünki insanlar özləri onun oyunlarına, onun qoyduğu şərtlər altında oynamağa razılıq verdi, demək heç vaxt özləri qalib gələ bilməzdi. Çünki müqavimət göstərmək və qışqırmaq tələb olunanda, onlar gah tərifləyirdilər, gah da susurdular. Yalnız bir təsəlli ola bilər: gələcək nəsillər üçün dərs - özünüz üçün diktator yaratmayın!



вторник, 9 апреля 2013 г.

İrəli etikasının təzadları - 2


Keçən dəfə blogumda demişdim ( http://tirannos.blogspot.com/2013/04/irli-etikasnn-tzadlar.html ), bilirəm ki, bu yazıdan sonra dəyərli və istedadlı Hüseyn öz möhtəşəm tərbiyəsini nümayiş etdirib məni də söyəcək. Ona demək istəyirəm ki, söyüşləri söyüb üstündən su içib özü həzm eləsin. Bu yazıdan sonra sənin kimi " yaxşı oğlan " necə söydüyü söyüşlərin özünə qayıtmağına göz yuma bilir? Yazıda yazmışdım ki, heç bir təhqir olmayacaq və ancaq faktlarla danışılacaq. Hüseyn nə etdi ? Yenə öz mədəniyyətini göstərərək belə bir status yazdı.







Status mənə Cem Yılmaz demişkən,sıvama bölümünü xatırlatdı. Əgər bir insan muxalifətçidirsə onda peysər olmalıdır? Nə qədər düşünsəm də Hüseynin beyni ilə düşünə bilmədim,çünki  beyin deyilən bir şey yoxdur başında. Nəzərimə çarpan məqamlardan danışım. Blogu səhifələr paylaşdı, amma commentlərdə Hüseynin məhlə uşaqları, bir universitetdə, məktəbdə oxuduğu uşaqlar Hüseyn haqqında mənfi sözlər yazmışdı. Yaxşı deyək ki,muxalifətçilər səni irəliçi olduğuva görə gözümçıxdıya salıb, niyə neçə ildir səni tanıyan insanlar sənin haqqında müsbət fikirdə deyillər?







Deyir,bizi söyürlər,adama deyərlər arının yuvasına barmaq edəndə bilmirsən ki ,arılar  səni minəcək? Razıyam, öz düşüncələrini bölüşmək hər kəsin haqqıdır, amma bu düşüncədə vicdansızlıq ,bişərəflik varsa, nəinki , o düşüncələr haqqında danışmaq, yazmaq da başıboşluqdur.
Zaur Qurbanlının adını çəkməyə isə,  ümumiyyətlə haqqın yoxdur. Sən get o insanın kəsinti dırnağı ol, sonra onun haqqında fikir bildir. Zaurun oxuduğu kitabların sayı qədər heç yaşın ,savadı qədər də savadın yoxdur.

Sən bilmirsən ki,muxalifətçilərnən məzələnəndə sənlə də məzələnəcəklər? Bilmirsən ki,söyəndə səni də söyəcəklər? Demirsiniz qarşılıq veririk? Yazdığın statusa ən ideal cavabı verim sənə. Deyirsən mən ancaq peysərləri söyürəm.Dünya ancaq səndən ibarət deyil, Hüseyn. Belə çıxır ki,sən də bizim üçün peysərsən ki, biz də səni söyürük. Statusu yazıb,Vəfa Əlinin inboxuna atmağınızın  mənasını açıqlaya bilərsən? Sən özün qaşınmayan yerdən qan çıxardırsan, söz də deyəndə deyirsən xiyar əyri bitib.Açığı screenshotsuz əsl üzüvü bilmirəm necə açmaq olar.



                                                                




Heç kim klaviatura arxasında şirə dönməyib, sadəcə sizin üsullarınıza çox yaxşı bələdik. Necə ki ,tənqid edən kimi şərləyib içəri atdırırsınız. Ümid varam ki, heç olmasa zaman bizimlə ədalətli davranacaq, sizin kimilərin aqibətini izləməkdən ancaq zövq alardım.
Ürəyiniz istədiyi qədər söyə bilərsiniz, fikirləşərək ki, biz sizin güzgünüzük. Bu sənə olan son yazımdır, sənin kimilərinə vaxt sərf etmək ən azından günahdır. Amma istədim ki,hamı səni tanısın. Atalarımız yaxşı  deyib, kimin içində qalıbsa günah onun özündədir.  Birinci onu çıxart sonra gəlib xoruzlanarsan. Uğurlar sənə.


понедельник, 8 апреля 2013 г.

İrəli etikasının təzadları




Yazıya başlamamışdan öncə, deyim ki, heç bir təhqir olmayacaq və yalnız faktlarla danışılacaq. Hüseyn Məmmədov - İrəli ictimai birliyin üzvüdür, həvəskar fotoqrafdır. Əvvəllər məhşur like vəhşilərindən olub, bütün gün qızların inboxunda dizlərini ataraq loru dilnən desək öz podxodlarını gərçəkləşdirib.





 Olmuş hadisədən danışım. Şəhərin mərkəzində flashmob zamanı polis flashmoba müdaxilə edərək flashmobu dağıdır. Hüseyn də buna əsəbləşərək həm hakimiyyəti? həm də polisi söyüb ki, imkan vermirlər bir flashmob da edək.

İrəliyə necə, nə cür üzv olduğundan xəbərsizəm. Bütün gün muxalifəti söyən bu gənc muxalifətçi gənclərin tərbiyəsizliyindən, söyüş söyməyindən dəm vurur. Bu gün gördüyüm şəkildən sonra qərara aldım ki, belə istedadlı gəncimizi hamı tanımalıdır.




İnsanın ləyaqət və şərəfinin təhqir olmasını pisləyən İrəliçilər niyə öz içlərindəkinə heçnə demirlər? Burdan hər şeyi öz gözlərinizlə görə bilərsiniz




                     




   

 


 















Bu Mehman Hüseynovun adından yaranmış saxta profildir. Mehman Hüseynovun özü bildirib ki, hesab onun deyil və saxtadır. Guya ki, Mehman burada Xədicə İsmayılı və muxalifətçiləri söyür. Hüseyn isə bunu bəh-bəhlə retweet edib. Kim bilir bəlkə də bu hesabı elə özü yaradıb ?



Keçək Ramin Hakimovun yazdığı məktuba




Məktubda deyilir ki, həm facebookda və ən əsası twitterdə #protestBaku hashtagı ilə twitterdə iğtişaş törədənlərə və əsgərlərlə deyil, başqa məqsədlərlə çevrilişlə hakimiyyəti dəyişməklə tənqid və təhqirli keçirilməsi istənilən aksiyaya öz fikrinizi bildirin! Ən yuxarı səviyyədə tələb olunur və xüsusilə Roma Forumu ilə bağlı bütün məsələlərin sizin yazınızdan asılıdır. Hər kəs öz mövqeyini göstərsin, göstərməyənlərin forumda iştirakı münkün olmayacaq ( 3 nida ) Görünür ki, Hüseyn deyilənləri peşakarlıqla yerinə yetirərək Romaya səfər edib və aksiyası baş tutub.



Hətta mən əminəm ki, həmişəki kimi bu screenlərin photoshop olduğunu deyəcək, amma yalnız özünü aldada biləcək. Camaat çörəyi qulağına yemir hər halda .
P.S bilirəm ki,bu yazıdan sonra dəyərli və istedadlı Hüseyn öz möhtəşəm tərbiyəsini nümayiş etdirib məni də söyəcək. Ona demək istəyirəm ki, söyüşləri söyüb üstündən su içib özü həzm eləsin. Hələlik !

среда, 3 апреля 2013 г.

Liderin Nidafobiası

 




                                                           
Əgər sizə təklif etsələr ki , bir kanal üçün bu cür reportaj hazırlayana ad seçin , hansı adı seçərdiniz ? Elə özünüz dediyiniz kimi , yəqin iki variantdan birini : ya "mən anormalam ya da ki , "mən kayfdayam".


четверг, 21 марта 2013 г.

"Fətullayevçilik!"




Eynulla Fətullayev kimə və nəyə xidmət edir?


Təxminən altı ay, bir il əvvəl bu sual müxtəlif cavablar doğura bilərdi. Hal hazırda isə bu sual çox ritorik səslənir, yəni cavab tamamilə aydındır.


Cənab Fətullayev bütün maskaları atıb və nümayişkaranə şəkildə hakimiyyətin ən yüksək vəzifəli şəxslərinin maraqlarına xidmət edir. Jurnalist kimi o doğrunun yox yalanın yanındadır. Hüquq müdafiəçisi kimi (daha doğrusu YAP müdafiəçisi kimi) o bizim vətəndaşlarımızın hüquq və azadlıqlarını pozanlarla birlikdədir. Vətəndaş kimi o açıq – aşkar ölkədə demokratiyanın inkişafına və vətəndaş cəmiyyəti qurmağa qarşı olanların tərəfindədir. Şəxsiyyət kimi o ruhunu, istedadını mənfəətpərəstliyə və tamahına görə satmışdır. Azərbaycanda Sovet dövründə, və xüsusilə postsovet dövründə hökümətin agentləri, yaltaqları, satqınları və “zəncirli itləri” baxımından heç vaxt kasadlıq olmayıb. Sözsüz ki, müasir dövrdə də saydıqlarımızdan az olmasa da var və cəmiyyət onları tanıyır. Amma Eynulla Fətullayev xüsusi bir tipdir. Bugün o az qala öz mövqeyini sürətlə itirməkdə olan hakim sinfin əsas alətinə çevrilib. 
Ədalət naminə onu da demək lazımdır ki, o bu yolla çoxdandır gedir, – bir tərəfdən başqa tərəfə keçərək, rollarını, statuslarını, dostlarını dəyişərək, özünü təhlükəli risklərə və macəralara ataraq əlaqələr və reytinq əldə edib, hətta 4 il azadlıqdan məhrum edilməyə razı olub, daxili və beynəlxalq diqqəti öz üzərinə cəlb etməyi bacarıb və...Nəhayət o, hökümətin diqqətini  və öz yerini qazandı. Onun "Kol vasitəsi ilə hakimiyyət ulduzlarına " olan yolu uğurlu alındı. Bəlkə bu elə ən başdan  hakimiyyətin xüsusi layihəsi idi?




Bəlkə o elə ən başdan "Mehdiyev administrasiyasının " hesablanmış aqenti idi ? Gənc olarkən YAP-dan başlamış, sonra nomenklatura vəzifələrində sınaqdan keçmiş,daha sonra "mirşahin məktəbi"Ans-də təhsil almış,sonra isə öz müxalif imicini Elmar Hüseynovun "Monitor"-unda qazandı. Elmar Hüseynovun faciəli taleyi Eynulla Fətullayevin jurnalist karyerasının başlanğıcı oldu,bəlkə də bunlar onunla bağlı xüsusi layihə ilə əlaqədar idi.

Yüksək idarəetmə bacarığı,jurnalist istedadı,böyük potensial,qalmaqallı xasiyyəti və ağlı ilə və yaxşı komanda və müəlliflər hesabına qısa zamanda o,ölkədə iki media layihəsini məhşur etməyə bacardı - "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan " Lakin,bu artıq "Monitor " deyildi ,Eynulla Fətullayev istedadı,insani və vətəndaş keyfiyyətləri ilə Elmar Hüseynovdan uzaq idi.  O,elə onda bir ayağı ilə hakimiyyətdə idi və mövqe qazanırdı,bəlkədə iki ayağı ilə orada olmaq üçün getdi








“Eynullalaşma”


Və budur, necə deyərlər, “axmağın arzusu yerinə yetdi”. Hakimiyyət onu qəbul etdi və nəvaziş göstərdi. Ancaq “Mehdiyev administrasiyası” – nda “cəsus 007” rolunu oynamaq üçün o öz sədaqətini göstərmək naminə 4 ilini həbsxanada keçirməli oldu. Və sədaqətini layiqincə göstərdi.
Azadlığa çıxdından dərhal sonra “Eynulla Fətullayev” layihəsində yeni bir mərhələ başlayır. Hər yerdən gələn beynəlxalq təltiflər, qrantlar, mükafatlar onu ölkənin içində və sərhədlərdən kənarda tanınan bir qəhrəmana çevirdi. Belə görünür ki, o gələcəkdəki imici daha da gücləndirmək və istənilən təşəbbüsü reallaşdırmaq üçün çox gözəl bir başlanğıc mövqedə idi. Hakimiyyət bu “lahiyə” –n i 4 il həbsxanada saxlayıb və özünün ən çətin və məsuliyyətli dövründə ona görə azadlığa qovuşdurmadı ki, ona öz hərəkətlərində də sərbəstlik versin. Onun “böyük” arzusu hər riskə gedərək, hakimiyyətin ayağına dolaşmaqla, məhrumiyyətlərə dözməklə daxili və beynəlxalq arenada “hüquq və azadlıq müdafiəçisi” imici qazanmaqdan ibarət deyildi. Bu ona lazım idimi?
Buyurun- Oyunun və Lahiyənin sərhədləri çərçivəsində . Və budur o görülməmiş tezliklə “İnsan Hüquqları naminə” QHT –ni Ədliyyə Nazirliyində qeydiyyatdan keçirir, beləcə rəsmi hüquq müdafiəçisinə çevrilir. Sonra isə təşkilata həbsxanaların monitorinqi məqsədi ilə samballı qrantlar ayrılır və bütün cəzaçəkmə müəssisələrinin qapısı onun üzünə möcüzəli şəkildə açılır. Hakimiyyətin onun hüquq müdafiəçisi imicini yüksəltməyə kömək edərək müəyyən bir reytinqə qaldırmaqda məqsədi isə lazım olan anda media resursları ilə gücləndirib narazı kütlə və öz rəqiblərinə qarşı silah kimi istifadə etmək idi.
Hal hazırda bu silah “Eynulla Fətullayev + Haqqin.az saytı” aktiv şəkildə fəaliyyət göstərir və mövcud rejimin müdafiəsi və qorunması üçün əlindən gələni edir. İmicinin sürətli şəkildə dəyərdən düşməsi bahasına olsa belə. Ümumiyyətlə, bugünkü Azərbaycan cəmiyyətində bu şəkildə hakimiyyətə xidmət etmək və müsbət imicin qorunmasına nail olmaq mümkün deyil.






Diqqət "Fətullayevçilik!"



Bəli,bizim Əhəd Əbiyev,Hafiz Hacıyev,Siyavuş Novruzov ,Mübariz Qurbanlı,Mirşahin kimi oxşar ampluada və oxşar mövqeli hakimiyyət müdafiəçiləri var. Lakin Fətullayevçilik -xüsusi bir hadisədir- daha hiyləgər,daha təhlükəli,daha məkrli və cəmiyyət üçün təsiri daha zərərlidir.
Öncəliklə,yuxarıda sadalananlar liberal,hüquq müdafiəçisi ,azadlıq və demokratiya uğrunda döyüşçü kimi özlərini maskalamırlar. Onlar açıq-aydın hakimiyyətə xidmət edirlər və bu əməyin qarşılığını alırlar.Fətullayev isə ədalətli və vicdanlı maska altında cəmiyyətin adından çıxış etməyə səy göstərir ( lakin uğursuz alınır)  .

İkincisi isə ,görünür ki, Fətullayev yuxarıda sadalananlardan daha ağıllı, fərasətli və istedadlıdır. O,incə bir ustalıqla əvvəl qazandığı imici və  bu keyfiyyətləri istismar  edərək  müəyyən ölkədaxili və ölkəxarici  qüvvələri gözdən salmaq üçün istifadə edir. Təəssüf ki,onun təxribatları hədəfinə çatır və çoxlarını şübhələndirir. Amma bu da bir vaxta kimi. Hakimiyyət narahatdır və tələsir ,onlar tez-tez Fətullayev  ilə "atəş açır" və bu silah sürətlə dəyərini itirir.

Üçüncüsü isə,yuxarıda sadalananlardan "Fətullayevçilik" daha təhlükəli və zərərlidir,çünki o, vətəndaşlıq,mənəvi ,vətənpərvər və yaxud da ideoloji əyləclərdən məhrumdur, o bir sinizm, konyutura, gəlir ehtirası üzərində inşa edilmişdir. Həqiqət, ədalət ,azadlıq , demokratiya,Vətənin və vətəndaşların problemləri Eynullanı maraqlandırmır. O,yalnız özünü düşünür və hakimiyyətə yalnız ticari məqsədlərdə xidmət edir. Nə zaman ki,onun təsir gücü tükənəcək,hakimiyyət yeni bir Eynulla istehsal edəcək.
Hələ  ki,bu silah yaxşı atəş açır. Guya ki,Almaniyada vətəndaşların hüquq və azadlığı pozulur,ABŞ MDİ-nin (NDİ) əli ilə "facebook inqlabı"hazırlayır,Rusiya "Milyaderlər İttifaqı" vasitəsilə Azərbaycanda dövlət çevrilişi etmək istəyir. Hakimiyyətə lazım olanda  o,tez-tez daxili opponentlərə də atəş açır. Gah Rüstəm İbrahimbəyova və Ziyalılar forumuna,gah İsa Qəmbərə və Müsavat partiyasına,gah Əli Kərimli və AXCP-ə,gah gənclər tərəfindən hazırlanmış aksiyalara ,gah da ki,Eldar Namazov və El hərəkatına.Artıq bu silah hakimiyyətin fikir və duyğularının göstəricisi kimi xidmət edir.Eynulla və onun saytı ilə elitanın növbəti repressiyalarını proqnozlaşdırmaq olar. Burda da bir xeyir var.

Allah bu insana istedad,bacarıq,bilik verib,lakin o,çox tez şeytanla əlbir oldu.Artıq heç bir tövbə onu doğru yola qaytarmayacaq.O ,özü özünü qaçılmaz bir prosesə və imicini itirməyə məhkum etdi,"cəmiyyətdən təcrid" yolunda ,"Ziddiyətli fitnəkar" rolunda.O ,tamamilə özünü ifşa etdi.Lakin bu günlər Fətullayevçiliyin pik nöqtəsidir,bu gün o, təhlükəli və zərərlidir.Diqqətli olun!








Mənbə : http://kultura.az/articles.php?item_id=20130315123805469&sec_id=9&fb_action_ids=136195176561227&fb_action_types=og.likes&fb_source=timeline_og&action_object_map=%7B%22136195176561227%22%3A487566494629710%7D&action_type_map=%7B%22136195176561227%22%3A%22og.likes%22%7D&action_ref_map=%5B%5D

понедельник, 11 марта 2013 г.

Məmməd Süleymanov : " Artıq Bakılılar polislərə gül verməyəcək"



10 martda 3 minə yaxın insan ordudakı kütləvi əsgər ölümlərinə etiraz etmək üçün Azərbaycanın paytaxtı Bakıda toplaşdı. Hökumət etirazçılara qarşı güc tətbiq edərək onları su şırnağı ilə dağıtmağa cəhd etdi. Solçu “Solfront” təşkilatının üzvü Məmməd Süleymanov “Strayka” jurnalına müsahibəsində paytaxt sakinlərinin silah gücü qarşısında bu qədər qərarlı olmaqları və ölkədə gələcəkdə nələrin baş verəcəyi haqda fikirlərini bildirdi.




Dünən Bakı küçələrində nə baş verirdi?




Dünən Bakıda ordudakı əsgər ölümlərinə qarşı etiraz aksiyası keçirildi. İlin əvvəlindən bəri orduda qeyri-döyüş şəraitində ölən əsgələrin sayı 15-dir. Bu günkü aksiya bu il keçirilən sayca üçüncü aksiyadır. Son aksiyada təqribən 3 minə yaxın insan, o cümlədən həlak olan əsgərlərin yaxınları iştirak etmişdir. Polis aksiya zamanı gözyaşardıcı qaz və su şırnağından istifadə etmişdir. 60-a yaxın insan saxlanılaraq izahatları alındıqdan sonra sərbəst buraxılmışdır. Saxlanılanlar arasında həlak olan əsgərlərin valideynləri də var idi. 
Aksiya iştirakçıları müdafiə nazirinin istefası tələbi ilə “əsgər ölümlərinə son”, “ordu morqa dönməsin” kimi şüarlar səsləndirmişdir.Həmin günə qədər isə Milli Təhlükəsizlik Nazirliyinin üç siyasi aktivist gəncin evlərində axtarış apararaq molotov kokteyli, “külli miqdarda pul vəsaiti və narkotik maddə” aşkar etdiyi barədə məlumat yayıldı. Dünən televiziya kanallarnda gənclərin əməllərini etiraf etdikləri çıxışları yayımlandı, amma bunların “səmimi etiraf” olmadığı aydın görünür  







.
Bəs ölümlərin səbəbləri kimi nə göstərilir? Axı onlar heç Qarabağ ətrafı ərazilərdə xidmət etməyən əsgərlərdir.



Əsgər ölümlərinin səbəbi ordudakı “dedovşina”dır. İşkəncələr, təhqirlər. Əsgərlər ya intihar edir, ya da digər hərbçilər tərəfindən qətlə yetirilir. Dəqiq olmayan məlumatlara görə 1994-cü ildə imzalanan atəşkəs müqaviləsindən sonra 700-ə qədər əsgər həlak olmuşdur...




Azərbaycan ordusu hərbi çağırışla xidmətə çağırılan əsgərlərdən təşkil olunub? Varlı ailələrin övladlarının müəyyən ödəniş etməklə hərbi xidmətdən boyun qaçırdıqları məlumdur, bu halda isə bütün ağırlıq fəhlə və kəndli ailələrinin övladlarının üzərinə düşür.



Bəli, elədir ki var. Xidmət kasıblar üçündür. Çoxları rüşvət verərək hərbi xidmətdən qaçınır, buna görə də xeyli sayda sağlam olmayan əsgər orduya cəlb olunur. Hərbi xidmətə çağırılan gənclərin cəmi bir ay sonra ürək çatışmazlığı, leykoz və s. kimi xətəliklərdən vəfat etdiyi xəbərləri gəlir.








Nə üçün polis bu qədər sərt rəftar etdi?



Polisin rəftarına gəldikdə isə, bu cür aqressivlik birinci dəfə deyildi.Fevralın əvvəllərində İsmayıllı sakinləri üsyan etdikləri zamanı eyni mənzərə var idi. Hakimiyyət öz repressiya aparatına və güc strukturlarına güvənir.



Nümayişlər haqqında şəxsi mülahizələriniz nədən ibarətdir? Ən çox nələr sizi təəccübləndirdi, gözlənilməz və sevindirici oldu?




Qətiyyət səviyyəsi və iştirakçıların əsəbiliyi təəsüf doğurucu idi. Fikrimcə, geri dönüşü olmayan bir yola girilib və artıq heç vaxt etirazçılar (əvvəl də olduğu kimi) polisin qarşısında gül ilə dayanmayacaqlar. Sevindirici hal odur ki, hər dəfə təkrarlanan etirazlar statistikaya çevrilir . Məni təəcübləndirən isə hakimiyyətin hələ də hadisələrə düzgün qiymət verə bilməməyi, nümayişçilərin tələblərini görməzdən gəlməyi (Bakıda və əyalətlərdə) oldu.



Pressanın açıqlamasına görə ,belə bir təəssurat yaranır ki,bu hökümətə qarşı ilk kütləvi etiraz idi. Aydındır ki,etiraz dalğası çoxdan yetişirdi.Qətllərdən başqa ,hansı sosial şərtlər var idi?


Azərbaycan- böyük neft gəlirləri olan və eyni zamanda əhalinin əksəri kasıb,rüşvət və iqtisadiyyatı bərbad olan ölkədir. Nəticədə ümumi narazıçılıq var.İşsiz gənclər,geniş yayılmış rüşvət,şəhərin tikintisi şüarı altında insanlar öz evlərindən atılır,ədalətsizlik
Sosial tələblərlə tez-tez etirazlar olur. Son böyük etirazlar paytaxta yox, bölgələrdə keçirilib.( Quba,İsmayıllı) Bakıda bir neçə dəfə fəhlələr və ticarətçilər etiraz edib. Müxalifət partiyaları zəifdir,etiraz elektoratı- qeyri-sistematik gənclər



Azərbaycan nefti ilə məhşurdur.Niyə hökümət gəliri ən azı sosial problemərə sərf etmir?


Azərbaycan höküməti unikal deyil.Anti-sosial siyasət - periferik kapitalist ölkələrin qaydasıdır. Bu da hökümətin mahiyyətidir. Əgər insanlar iqtisadi baxımdan müstəqil olarsa, Əliyev də normal sosial siyasət keçirərsə, bir diktator kimi o zəifləyəcək,çünki xalq sosial tələbləri yox, siyasi tələbləri irəli sürəcək.







Qayıdaq dünənki aksiyaya, bu kimin təşəbbüsü idi ? Bu liberal müxalifət idi?


Aksiya sosial şəbəkələr vasitəsi ilə təşkil edilib. Gənclər arasında liberallar üstünlük təşkil edirdi. Lakin Fəvvarələr meydanına solçular da çıxmışdı. Saxlanılanlar arasında solçular da var.


Etirazda başqa kimlər var idi ? Etirazı öz məqsədlərində istifadə etmək istəyən millətçilər və dindarlar var idi ?


Dindarlar ancaq öz aksiyalarında etiraz edirlər. Ənənəvi müxalifət partiyaları -liberal-millətçi mənasında - etirazları öz müvəffəqiyyatı kimi dəyərləndirirlər


Ukraynada millətçilər və solçular arasındaki mübahisələr adət halına çevrilib. Sizin sağçılarla mübahisəniz olub?


Küçə mübahisələri olmayıb.Sosial şəbəkələrdə bu qeyri-adi deyil.






Kəşfiyyat orqanları tərəfindən təhdid olunmusunuz?


Düzünü desəm,yadımda deyil.


Hökümətin aksiyaya ictimai reaksiyası necədir?


Müdafiə Nazirliyi cavab verdi. Nazirliyin press-katibi Eldar Sabiroğlu iştrakçıları öz məqsədləri uğruna əsgər analarının göz yaşlarını istifadı etməkdə ittiham etdi. " Əsgər analarının və bacılarının göz yaşlarını şəxsi məqsədlər uğruna istifadə etmək vicdansızlıqdır.Bu gün ordu ilə bağlı hamı ağlına gələni danışır. Ordunu təhqir etmək olmaz!"
Onlar hesab edirlər ki, " gəncləri küçəyə çıxardanların məqsədləri başqadır"



Lakin etirazçılar arasında həlak olmuş əsgərlərin valideynləri də var idi,videodan bəllidir ki, polis əlində əsgər şəkli olan yaşlı insanı həbs edir. Bu fakt nazirliyi narahat etmir?


Tamamilə doğrudur. Onları asfalt ilə sürüyürdülər. Saxlanılanlar arasında həlak olmuş əsgərlərin valideynləri də var idi . Əvvəlki aksiyalarda da onlar iştirak ediblər.


Növbəti etirazlar nə zaman olacaq? Və orada solçuların hansı rolunu görürsünüz?



Çox güman ki,etirazlar davam edəcək. Hansı tarixdə və tələbləri müəyyən etmək olmasa da, fakt budur ki,aksiyalar yenə olacaq. Bölgələrdə çox çətin sosial vəziyyət var,hər an onlar etiraz edə bilərlər.Solçular da aksiyada iştirak edir,amma elə də öndə gedən deyillər .İş orasındadır ki,azərbaycan solçularının güclü və vahid təşkilatı yoxdur,yalnız müəyyən qruplar var. Buna görə də, onlar hələ müstəqil siyası həyat sürə bilmir.