четверг, 27 июня 2013 г.

Bakıya səyahət

Bakıya səyahət 

2012-ci il Eurovision ərəfəsində Bakının imici haqqında çəkilmiş video çarxlar, hər dəfə mənə müsabiqə üçün nəzərdə tutulmuş dəbdəbəli konsert zalının qiymətini xatırladırdı : cüzi kompensasiya qarşılığında minlərlə insan qanunsuz olaraq öz evlərindən köçürülmüşdü







Eurovision əcnəbilərin diqqətini ölkədə insan hüquqlarının problemlərinə, həmçinin Azərbaycan fəalları ilə tanışlığa şərait yaratdı, 2012-ilin yazında çoxsaylı həbslərə, sərt qovulmalara və ağır cərimələrə baxmayaraq azərbaycanlıların etirazları haqqında xəbərləri daha da diqqətli izləmək üçün məndə həvəs yaratdı
İnsan hühuqları sahəsində Belarusiyaya bənzəyən, böyük problemləri olan ölkədə insanların necə yaşadığını öyrənmək arzusu məni Bakıya 2 dəfə səfər etməyə sövq elədi.

Əsgər ölümlərinə qarşı dinc etiraz aksiyası

8 mart 2013- cü il. Mən öz aktivist-dostum Cavadla Azərbaycanda siyasi sahədə dəyişiklik üçün təbliğat aparan gənclər təşkilatının ofisinə getdik. Gənclər sevincək öz notebookları arxasından qonaqları salamladı. Masada tort var idi, axı bayramdır.

Bu təşkilat Azərbaycanda Müstəqil Televiziyaya vəsait toplamaq üçün kampaniya keçirir. Hər hansı məbləğ qarşılığında 2013-cü il yanvarda keçirilmiş “Əsgər ölümlərinə son” etiraz aksiyasında çəkilmiş fotoları almaq olar.  Bu pullar həmin layihəyə sərf ediləcək.




Mən 2 foto aldım.
Onların birində Emin Milli - keçmiş siyasi məhbus, blogger, yazıçı və aktivistdir. Emin səlahiyyətli orqanlarının hərəkətləri tənqid edən videonu blogunda yerləşdirdiyi üçün 2 ilini həbsdə keçirib. Azad olduqdan sonra,o,xaricdə təhsil alırdı, ancaq o,böyük sevinclə Azərbaycana qayıtdı, müxalifət hökümətinin ən parlaq simalarından biri oldu.İndiki zamanda Emin həbs riskinin olduğuna görə xaricdə yaşamağa məcburdur. O,Azərbaycanda müstəqil televiziya layihəsi ilə məşğul olur.


Fotoda etirazçılar arasında "Sing of democracy" kampaniyasının lideri Rəsul Cəfərov da var. O, Eurovisionun vasitəsi ilə Azərbaycanda insan hüquqlarının pozulma problemlərinə diqqət cəlb edib. İndi layihə "Art for democracy" adı ilə əvəz edilib. "Art for democracy" bütün incəsənət növlərinin köməyi ilə insan hüquqları ilə bağlı məsələləri qaldırır.

Gənc liderlərə təqib
10 mart “Əsgər ölümlərinə son” adlı ikinci aksiya nəzərdə tutulmuşdu. Mən ayın 9-u Bakını tərk etdim. Ona görə də dostumun 500 AZN (500 avro - Bakıda təxminən orta aylıq əmək haqqıdır ) cərimə olunduğunu Minskdə olanda bildim.
Aksiyanın nəticəsi olaraq 9 apreldə Bakıya gələndə xəbər tutdum ki, aksiyada iştirak etmiş Nida Vətəndaş Hərəkatının 7 üzvü həbs olunub. Onlar indiyənə kimi həbsdədirlər.



Məhşur azərbaycanlı jurnalist Xədicə İsmayıl daima təqib edilir. Jurnalist, həyat üçün təhlükə qarşısında işləyir.Onun fikrincə, bu gün Azərbaycandakı nikbinliyi fəal gənc nəsil ruhlandırır.

Gənc insanlar - etiraz hərəkatının ən təsirli hissəsidir. Onlar səlahiyyətli orqanlarının hərəkətləri ilə razılaşmadıqlarını yeni yollar və üsullarla bildirirlər. Gənc fəalların əksəriyyəninin heç bir siyasi ambisiyası yoxdur, onlar öz tələblərində və əməllərində səmimidirlər. Uzun illərdir ki, hakimiyyət "köhnə" muxalifəti etibarsızlaşdırıb, nüfuzdan salıb. Buna görə də gənclər dəstəyi cəmiyyətdən alır. Elə məhz bu gənclər cəmiyyətdə orduda əsgər ölümləri barədə mövzunu qaldırdı. Əvvəllər etiraz aksiyalarının mənasız olduğunu düşünən və iştirak etməyə hazır olmayan insanlar da aksiyalara qoşuldular. Buna görə də mövcud hakimiyyət yaradıcı, savadlı, aktiv gənclərlə "məşğul olmağa" başladı.

Harlem Shake həbsi

Apreldə Bakının mərkəz küçələrinin birində Xədicə İsmayıl ilə  təsadüfən gənc aktivist İlkin Rüstəmzadə ilə qarşılaşdıq.
-Bu, İlkindir. O, əsgər ölümlərinə qarşı ilk aksiyanı təşkilatçısıdır deyə,  Xədicə İsmayıl bu gənci mənə təqdim etdi.


Bu aksiyada ordudakı “Əsgər ölümlərinə son!" sadə, qeyri - siyasi mesaj minlərlə insan tərəfindən dəstəkləndi. Azərbaycanda keçirilən çox nadir aksiyalar müxtəlif yaşlı və müxtəlif fikirli insanları bir araya toplaya bildi.

İki gündən sonra mən İlkini “İnsan hüquqları haqqında sənədli filmlər” festivalında gördüm.  İlkin, sadə bir tələbədir  və  aksiyaları özbaşına fikirləşib və təşkil edib. O , öz işini də bir vətəndaş mövqeyinə görə itirdi.
May ayında İlkini həbs etdilər. Onu, xuliqanlıqda ittiham etdilər.  Guya ki, İlkin Bulvarda çəkilmiş Harlem Shake videosunun təşkilatçısıdır (http://www.youtube.com/watch?v=SFb7DJAv138). İlkinin özünün bildirdiyinə görə,  onun bu video ilə heç bir əlaqəsi olmayıb.

İyun ayında bu videonun təşkilində iştirak etmiş foto - jurnalist Mehman Hüseynov İlkinin saxlanılmasından sonra, hər gün öz həbsini gözləyirdi. Onun öz işinə görə Norveçdə Gerd Bucerius beynəlxalq jurnalistika mükafatını almaq üçün ölkəni tərk etməsinə icazə vermədilər




Maarifləndirmə meydanlarının bağlanması

Aprelin 11-i bütün arzulayanlar üçün müxtəlif mövzularda mühazirələrin təşkil edildiyi Azad Fikir Universitetinin ofisi möhürləndi. Universitetə heç bir siyasi hərəkatlara qoşulmamış adamlar gəlirdi. Onların çoxu hətta ölkədə hansı siyasi partiyaların olmasından belə xəbərsiz idi. Azərbaycanlıların çoxu hələlik siyasi və vətəndaş azadlığını açıq müzakirə etməyə hazır deyil. Bu qeyri-siyasi tədbirlərin populyarlığının səbəblərindən daha birisidir. Maarifləndirmə meydanlarının bağlanması, daha da çoxsaylı adamları Azərbaycanda baş verənlər üzərində düşünməyə vadar etdi.



Təqiblərə baxmayaraq vətəndaş fəallığının artımı

Jurnalist Xədicə İsmayılova deyir ki, - Vətəndaş fəallığı 2005-ci ildə jurnalist Elmar Hüseynov öldürüldüyü vaxtlarda artmağa başladı. İnsanlar fəallaşdılar. Hərəsində 200 adamın iştirak etdiyi ictimai mühazirələr təşkil olunmağa başladı. Heç bir siyasi rəngi olmayan, sadəcə insanların bir-biri ilə tanış olduğu mühazirələr baş tuturdu. 2009-cu ildə bloqqerlər Emin Milli və Adnan Hacızadənin hakimiyyəti tənqid etməsinə görə həbs edilməsi cəmiyyəti daha da hərəkətə gətirdi və əvvəllər fəal olmayan, siyasətdə iştirak etməyən çoxsaylı insanların fəallaşmasına səbəb oldu. Daha sonra insanlar Facebookda fəal iştirak etməyə başladılar. Onlayn qruplar daha sonra cürbəcür təşkilatlar, həmçinin N!DA yarandı.




Və nə qədər çox insan həbs olunsa,  bir o qədər də çox insan etiraz hərəkatına qoşulur. Hakimiyyət öz əleyhdarlarını özü çoxaldır. N!DA hərəkatının bir neçə üzvü həbs edildikdən sonra bir neçə min insan etiraz əlaməti olaraq bu hərəkata qoşuldu deyə tanınmış jurnalist sözünə davam etdi.
Özündə açıq siyasi çağırışlar daşımayan etiraz nümayişlərində məşhur Azərbaycan jurnalistləri və hüquq müdafiəçiləri də qatılmağa başladı. Məşhur vəkil və hüquq müdafiəçisi İntiqam Əliyev də burda iştirak edirdi. Amma o belə nümayişlərə nikbinlik və ümidlə baxmır:

- Mən nümayişlərin tərəfdarı deyiləm. Bir nümayişin bütün problemləri həll etməsini gözləmək yanlışdır. Amma ictimai fəallar bu nümayişləri məhz nələrisə dəyişdirmək üçün təşkil edirlər.
Hakimiyyətin nümayişləri yatırtmaqla bağlı böyük vəsaiti və təcrübəsi var. İnformasiyaya çıxış məhdudlaşdırılanda insanları hətta qeyri-siyasi etirazlara, məsəl üçün orduda əsgər ölümlərinə etiraz etməyə belə cəlb etmək çətinləşir. Mənim fikrimcə küçə nümayişləri bizi geri salır, onların faydalılıq əmsalı aşağıdır. Biz saxlanılanların azad edilməsinə çox böyük enerji sərf edirik, lakin bu enerjini lazımi dəyişikliklər etmək üçün vətəndaş cəmiyyətinin fəallaşdırılmasına da sərf edə bilərdik.
Hakimiyyət etirazları vətəndaş cəmiyyətinə qarşı repressiyaları gücləndirmək üçün istifadə edir. Hər nümayişdən sonra qanunsuz olaraq fəallar həbs olunur, saxta ittihamlarla mühakimə edilir. Bu bizim hakimiyyətlə beynəlxalq ictimaiyyət arasında sövdələşmələrə aparıb çıxarır. Artıq 20 ildir bu sxemi müşahidə edirik: hakimiyyət həbs edir, daha sonra sövdələşir, siyasi məhbuslar azad olunur, beynəlxalq ictimaiyyət hakimiyyətin xoş məramını alqışlayır, daha sonra yenidən həbslər başlayır və beləcə hər şey dövr edir


Digər fəallar kimi , məhkəmə Xədicəni də aksiyada iştirak etdiyi üçün cərimə ödəməyə məhkum etdi. Lakin jurnalist qeyri-qanuni cəza ilə razılaşmadı. O, dinc etiraz aksiyalarında iştiraklarına görə cərimələnənlərlə "Vətənadaş itaətsizliyi" adlı kampaniyanın təşkilatçılarından biri oldu. 10 fəal dinc etiraz aksiyasında etirazlarına görə cərimələrini ödəməkdən imtina etdi. İyun ayında jurnalist məhkəmənin qərarını yerinə yetirmədiyinə görə 220 saat ictimai xidmətə məhkum olundu.


Azərbaycan : Belarusa həm bənzəyir, həm də bənzəmir

Bu ilin yazında Gürcüstanda keçirilən Tbilisi foto festivalında Azərbaycan fotoqraflarının çəkdiyi fotoların təqdimatı keçirildi. Burada təqdim olunan fotolar Azərbaycan ordusunda baş verən əsgər ölümlərinə etiraz aksiyalarında çəkilmiş fotolar idi. Bu fotoşəkillər, Azərbaycanda sadə vətəndaşların ədalətsizliklərlə üzləşdiyinin göstəricisidir. Lakin reallıqlar haqqında danışan bu fotoşəkillər və səslərlə,  Azərbaycan hakimiyyətinin neft arqumenti və  böyük büdcəsi olduğuna görə,  Azərbaycana beynəlxalq səviyyədə qarşı çıxmaq çətindir.
Mənim Bakıda tanış olduğum fransız gənc turist cütlüyün Azərbaycanda olan insan hüquqları problemlərindən xəbərləri yox idi.
Belarus və Azərbaycan arasında oxşarlıq nədir?
Bizə və onlara bilmək vacibdir ki, onlar öz mübarizəsində tək deyillər.
Bizə və onlara həmrəylik lazımdır.

Müəllif : İrina Deşeviçına 

Комментариев нет:

Отправить комментарий